Boeing 12-ci P-8I təyyarəsini Hindistana çatdırıb

Boeing cümə axşamı Hindistana 12-ci P-8I dəniz patrul
təyyarəsini təhvil verdiyini bildirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, çatdırılma
fevralın 19-da həyata keçirilib. Bu, 2016-cı ildə imzalanmış opsion
müqaviləsi çərçivəsində təhvil verilmiş dörd əlavə təyyarədən
dördüncüsüdür.


Hindistan P-8 təyyarəsinin ilk beynəlxalq sifarişçisidir.
2013-cü ildə istifadəyə verildiyi vaxtdan bəri P-8I 35.000 saat
uçuş həyata keçirib.