ÜST rəhbəri Ukraynaya işgüzar səfər edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros
Adhanom Qebreyesus Ukraynaya səfər edib.

Trend xəbər
verir ki, bu barədə təşkilatın rəhbəri öz “Twitter” səhifəsində
bildirib.

“”ÜST-ün dəstəyimizi necə artıra biləcəyini qiymətləndirmək
istəyirəm”, – paylaşımda deyilir.

ÜST rəhbəri qeyd edib ki, işgüzar səfər çərçivəsində təşkilatın
Ukraynadakı əməkdaşları ilə görüş keçirəcək.