“Apple”-in istehsal etdiyi ilk kompüter hərraca çıxarılıb

“Apple” şirkətinin istehsal etdiyi ilk kompüter hərraca
çıxarılıb.

Trend xairic
KİV-ə istinadla xəbər verir ki, cihazın üzərində şirkətin
həmtəsisçi və keçmiş baş direktoru Stiv Cobsun avtoqrafı var.

Bundan əlavə, kompüter “Apple” həmtəsisçiləri Stiv Voznyak və
Ronald Ueyn tərəfindən yazılmış orijinal təlimatın reproduksiyası
ilə birlikdə satılır.

Cihazın işlək olub-olmaması barədə məlumat verilmir, lakin dəstə
orjinal monitor, Datanetics klaviaturası, müasir kaset interfeysi,
enerji təchizatı və kabellər daxildir.

Bu gün belə fərdi kompüterlər kollekksionerlər üçün maraqlı ola
bilər. İşlək vəziyyətdə olan cihazın qiyməti 700 min dollara çata
bilər.

Kompüterin hərracda başlanğıc qiyməti 250 min dollardır, lakin
ilkin hesablamalara görə, sihaz milyonlarla dollara satıla
bilər.