Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsi (Coreper) cümə
günü Rusiyaya qarşı növbəti sanksiyalar paketi ilə bağlı konsensusa
gələ bilməyib.

Trend xarici
KİV-əə istinadla xəbər verir ki, məsləhətləşmələr həftə sonu davam
etdiriləcək.

Məlumata görə, Aİ ölkələrinin daimi nümayəndələrinin görüşü
Macarıstan, Slovakiya, Çexiya kimi dövlətlər tərəfindən qaldırılan
mübahisəli məsələləri həll etməyə imkan verməyib.

Daimi nümayəndələr səviyyəsində müzakirələr bu həftənin sonunda
davam etdiriləcək.