ÜST Qarabağ və Şərqi Zəngəzurda səhiyyə sisteminin qurulması prosesində öz töhfəsini verməyə hazırdır

Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur
bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması
prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında
Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə hazırdır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
Avropa üzrə regional direktoru Hans Henri Klugen aprelin 26-da
Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Hans Henri Kluge qeyd edib ki, Azərbaycanın işğaldan azad
olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi
səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə
sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini
verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır. Vurğulayıb
ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq
çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən
birinə çevrilə bilər.

Teqlər: