Prezident İlham Əliyev: Pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır

Pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb, bunu da
Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 26-da
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru
Hans Henri Klugeni qəbul edərkən deyib.

Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan
qaldırıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, çox az
sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti
anlayışla qarşılayır.

Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının
fəaliyyətini daim dəstəklədiyini bildirən dövlətimizin başçısı
vurğuladı ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş
Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının
COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib.

Prezident İlham Əliyev dedi ki, Azərbaycanda pandemiya
nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması
istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və
hazırda bu sahədə də vəziyyət sabitdir.

Teqlər: