Prezident İlham Əliyevin şəxsi liderliyi sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib – ÜST-ün Avropa üzrə regional direktoru

Prezident İlham Əliyevin şəxsi liderliyi sayəsində COVID-19
pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
Avropa üzrə regional direktoru Hans Henri Klugen aprelin 26-da
Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru
kimi Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Hans Henri Kluge
səfərinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinin qeyd
olunduğu bir dövrə təsadüf etməsi baxımından önəmini vurğuladı.
Hans Henri Kluge dedi: “Mən Sizin beynəlxalq diplomatiyada qlobal
liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi
qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox
mühüm fəaliyyətiniz olduqca önəmlidir. Çünki məhz Sizin şəxsi
liderliyiniz sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq
həmrəylik təbliğ edilib və bu məsələ BMT-dən sonra dünyanın ən
böyük beynəlxalq təşkilatının – Qoşulmama Hərəkatının gündəliyinin
əsas məsələsi olub”.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin bir il
uzadılmasını dövlətimizin başçısına olan etimadın göstəricisi kimi
dəyərləndirdi və bu münasibətlə də təbriklərini çatdırdı.

Teqlər: