Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib

Gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın
prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış
olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı
məlumat verilib.

Trend xəbər verir ki, daha sonra Rövnəq Abdullayev FIFA-nın
Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin
olunmuş vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından
uğurlar arzulayıb.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul
olunub:

1. 2022/2023-cü il mövsümündən etibarən “İmişli”, “Mingəçevir”
və “Araz Naxçıvan” komandaları Birinci Divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə
tətbiqi davam etdirilsin.
3. Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv
olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3
əvəzetmə sayı saxlanılsın).
5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə
14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər
legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN
müəyyənləşdirilsin.
6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə
12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər
legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN
müəyyənləşdirilsin.
7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin
hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində
İcraiyyə Komitəsinə təqdim olunsun.

Teqlər: