UNEC-in 12 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramından məzun olub (FOTO)

2021/2022-ci tədris ilində UNEC-in 12 tələbəsi Fransanın
Montepellier Universiteti ilə ikili diplom proqramını uğurla
bitirdi.

3-cü kursda Montpellier Universitetində təhsil alan tələbələr,
4-cü kursda təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun
olduqdan sonra UNEC-lə yanaşı, Montpellier universitetinin
diplomunu da əldə edəcəklər.

Xatırladaq ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in
“Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və
“Biznesin idarəolunması” ixtisasları üzrə təhsil alan tələbələri
Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes”
ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

İndiyədək UNEC ilə Montpellier universitetinin ikili diplom
proqramından 68 tələbə məzun olub.

2022/2023-cü tədris ilindən 20 nəfər UNEC tələbəsinin həmin
proqramda iştirak etməsi nəzərdə tutulub.

Teqlər: