Səngəçal terminalı neft və kondensat ixracını azaldıb

2022-ci ilin birinci rübündə Səngəçal terminalı təxminən 57
milyon barel neft və kondensat, o cümlədən 51 milyon barel
Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 6 milyon barel
Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac
edib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.

2021-ci ilin birinci rübündə bu göstərici 60 milyon standart
kubmetr təşkil edirdi. Beləliklə, Səngəçal terminalından neft və
kondensat nəqli 5 faiz azalıb.

Qeyd olunur ki, birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft
və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına
göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2
milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81
milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG
səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart
kubmetrdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: