Səngəçal terminalından “Şahdəniz” qazının nəqli 27 faizə yaxın artıb

2022-ci ilin birinci rübü ərzində Səngəçal terminalından
gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən
2 milyard 500 milyon standart kubfut) “Şahdəniz” qazı nəql
edilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.

2021-ci ilin birinci rübündə bu göstərici 56 milyon standart
kubmetr təşkil edirdi. Beləliklə, Səngəçal terminalından “Şahdəniz”
qazının nəqli 26,8 faiz artıb.

Qeyd olunur ki, hesabat dövründə AÇG və “Şahdəniz” yataqlarından
neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına
göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2
milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81
milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG
səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart
kubmetrdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: