Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü münasibətilə Şuşada xüsusi videoçarx hazırlanıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünü münasibətilə Şuşada xüsusi videoçarx hazırlanıb.

Trend xəbər verir ki, Şuşa Dövlət Qoruğu tərəfindən hazırlanan
videoçarx qoruğun rəsmi sosial media hesablarına paylaşılıb.

“Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il
dönümüdür. Şuşanın inkişafı Ulu Öndərin adıyla sıx bağlıdır.
Beləki, Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan
edilməsi və bir çox taleyüklü məsələlər əbədiyaşar liderimizin adı
ilə əlaqəlidir. Ümumilli Lider Heydər Əliyev qəlblərimizdə əbədi
yaşayacaq!”, – deyə paylaşımda qeyd olunub.

Teqlər: