Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da – xalqımızın xilaskar oğlu Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü günündə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə
üzvləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət
ediblər.

Trend xəbər verir ki, Prezident İlham Əliyev ümummilli lider
Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini
ehtiramla andı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ulu öndər
Heydər Əliyevin məzarı önünə gül dəstələri qoydular.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün
yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoydular.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim
Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.

Teqlər: