Ukraynanın Vasilkov şəhərində neft bazası yanır (VİDEO)

Ukraynanın Vasilkov şəhərində (Kiyev vilayəti) raket zərbəsi
nəticəsində neft bazada yanğın başlayıb.

AzerTimes-ın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə,
yanğını şəhərin meri Natalya Balasinoviç təqsdiq edib.

“Hörmətli Vasilkov icması! Baş verən hər şeyi görürsünüz.
Yanğını görürsünüz. Təəssüf ki, Krüçkidə neft bazası yanır”, – deyə
şəhərin meri Natalya Balasinoviç bildirib.

Hazırda yanğın daam edir.


Şahidlər hadisə yerindən sosial şəbəkələrdə videolar
paylaşıb.