Ai ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı planlaşdırırlar

Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava
məkanlarını bağlamağı planlaşdırırlar.

AzerTimes-ın məlumatına görə, bunu Almaniyanın “ARD” telekanalının
rəhbərinin müavini Mattias Deys mənbəyə istinadən bildirib.

“Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq.
Bunu mənə məlumatlı mənbə təsdiqləyib”, – deyə M.Deys özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl Rusiya təyyarələri üçün öz hava
məkanlarını Litva, Latviya, Estoniya, Sloveniya, Rumıniya,
Bolqarıstan, Polşa, Çexiya və Böyük Britaniya bağlayıb.