Rusiya Latviya, Litva, Sloveniya və Estoniya üçün də hava məkanını bağladı

Rusiya tranzit uçuşlar da daxil olmaqla Latviya, Litva,
Sloveniya və Estoniyadan gələn təyyarələr üçün hava məkanını
bağlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Rosaviasiya”nın
açıqlamasında deyilir.


“Latviya, Litva, Sloveniya və Estoniyanın aviasiya
hakimiyyətlərinin qeyri-dost qərarları ilə əlaqədar olaraq, bu
dövlətlərin və/və ya onlarda qeydiyyatda olan aviadaşıyıcıların
Rusiya Federasiyasının ərazisindəki məntəqələrə uçuşları, o
cümlədən Rusiya Federasiyasının hava məkanı vasitəsilə tranzit
uçuşları həyata keçirməsinə məhdudiyyətlər tətbiq edilir”, – deyə
açıqlamada deyilir.