Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib

Ukraynanın ilk prezidenti Leonid Kravçuk 88 yaşında vəfat
edib.

Trend xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat
yayıb.

“Onun dövlətimizin formalaşmasında böyük xidmətləri olub. Leonid
Kravçukun prezidentliyi dövründə əsas Ukrayna rəmzləri təsdiq
edilib: Ukraynanın Gerbi, Bayrağı və Himni, Ukrayna Silahlı
Qüvvələri yaradılıb, Ukraynanın müstəqilliyi bütün dünya tərəfindən
tanınıb”, – deyə məlumatda deyilir.