Finlandiya və İsveç gələn həftə NATO-ya üzvlük üçün ərizə təqdim edəcəklər

Finlandiya və İsveç NATO-nun üzvü olmaq üçün müraciət etməyi
planlaşdırırlar.

Trend xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti
məlumat yayıb.

“Ərizələrin eyni vaxtda mənzil qərargaha çatdırılması ideal
olar”, – deyə qəzetin məqaləsində qeyd edilir.

Daha əvvəl İsveçin müdafiə naziri Peter Hultqvist bildirmişdi
ki, Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq bütün Şimali
Avropanın və xüsusilə İsveçin müdafiəsini gücləndirəcək.