Kiyevdə artıq 36 ölkənin nümayəndəliyi fəaliyyətini bərpa edib – Zelenski

Ukraynanın paytaxtı Kiyevdə artıq 36 ölkənin diplomatik
nümayəndəliyi fəaliyyətini bərpa edib.

Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski
növbəti videomüraciətində deyib.

“Paytaxtımızdakı səfirliklərin fəaliyyətini bərpa etdiyinə görə
təşəkkür edirəm. Bu, Avropanın Ukraynanın gələcəyinə inamını
təsdiqləyən mühüm jestdir. Ümumilikdə, artıq paytaxtda 36 xarici
nümayəndəlik fəaliyyət göstərir”, – deyə V.Zelenski bildirib.