Ukraynanın Baxmutda məqsədi bu idi… – Politoloq

Ukraynanın Baxmutda məqsədi bu idi… – Politoloq

Baxmut ətrafında gərgin döyüşlər davam edir. Rusiya şəhəri mühasirəyə alıb, işğal etməyə çalışır.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ukraynanın Baxmut şəhəri ətrafında gedən döyüşlər haqqında danışarkən deyib.

“Ukrayna hələlik müqavimət göstərir. Vəziyyət gərginləşərsə, Ukrayna ordusu geriyə çəkilə bilər. Aylardır davam edən müharibədə, Rusiya bu şəhər ətrafında xeyli itki verib. Ukraynanın məqsədi bu idi ki, Rusiya işğalı genişləndirə bilməsin, bütün gücünü bu şəhər ətrafında cəmləşdirsin. Amma bu müharibədir. Müharibənin öz qaydaları var. Buna görə də mümkündür ki, Ukrayna ordusu müəyyən qədər geri çəkilib, yeni müdafiə istehkamları qursun”, – politoloq qeyd edib.

Teqlər: