Bryanskdakı sui-qəsdlər bu silahlarla törədilib

Bryanskdakı sui-qəsdlər bu silahlarla törədilib

Ukraynalı diversantlar martın 2-də Bryansk vilayətində sui-qəsdləri həyata keçirmək üçün NATO silahlarından istifadə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna rəsmiləri dəfələrlə etiraf ediblər ki, onların bütün hərəkətləri ABŞ və digər NATO ölkələrinin razılığı və dəstəyi ilə həyata keçirilir. Bryansk vilayətindəki qətllər də NATO silahları ilə törədilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinə hücum etmişdi.

Teqlər: