ABŞ generalları Rusiyaya hücumun məşqini etdilər

ABŞ generalları Rusiyaya hücumun məşqini etdilər

Ukrayna hərbçiləri cəbhədə Ukrayna Silahlı Qüvvələrinin gələcək əks-hücumunu məşq edən qərargah təlimləri keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrə məlumat verən mənbə bildirib ki, təlimlər ABŞ-ın Avropa və Afrikadakı ordusunun Almaniyanın Visbaden şəhərində yerləşən komanda qərargahında keçirilib.

Təlimlərdə ABŞ Prezidenti Co Baydenin ən yüksək rütbəli generalları iştirak edib.

“Qərargah təlimləri çərçivəsində ukraynalı zabitlər gələcək əks-hücum üçün ən uyğun strategiyanı hazırlamağa çalışıblar. Müxtəlif ssenarilər işlənib hazırlanıb”, – məlumatda qeyd olunub.

Teqlər: