Ukraynadakı hadisələr nəticəsində 139 uşaq ölüb

Martın 27-si üçün Ukraynada hərbi əməliyyatlar nəticəsində 139
uşaq ölüb, 205-dən artıq uşaq isə xəsarət alıb.

Trend “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin
Baş Prokurorluğundan bildirilib.

Məlumata əsasən, Kiyev vilayətində 65 uşaq, Xarkov vilayətində –
45, Donetsk vilayətində – 53, Çerniqov vilayətində – 38, Nikolayev
vilayətində – 29, Luqansk vilayətində – 25, Zaporojye vilayətində –
19, Xerson vilayətində – 21, paytaxtda – 16, Jitomir vilayətində –
15 və Sumı vilayətində – 14 uşaq ölüb və ya xəsarət alıb.