Gürcüstandan Azərbaycana avtomobillərin təkrar ixracı artıb

2022-ci ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana
avtomobillərin təkrar ixracı 40,7 milyon dollar təşkil edib ki, bu
da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (27,9 milyon dollar) 45,8
faiz daha çoxdur.

Bu barədə Trend Gürcüstan Milli Statistika İdarəsinə istinadən
xəbər verir.

2022-ci ilin hesabat dövründə Gürcüstandan Azərbaycana təkrar
ixrac edilən avtomobillərin sayı 7,2 faiz artaraq 4292-dən 4601-ə
çatıb.

Beləliklə, Azərbaycan 2022-ci ilin yanvar-fevral aylarında
Gürcüstandan əsas avtomobil idxalçıları arasında birinci yerdədir.
Azərbaycandan sonra Qazaxıstan (7,4 milyon dollar) və Ukrayna (6,8
milyon dollar) gəlir.

Bununla yanaşı, 2022-ci ilin yanvar-fevral aylarında
Gürcüstandan avtomobillərin təkrar ixracı 72,5 milyon dollar təşkil
edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə (49,9 milyon
dollar) 45,2 faiz çoxdur.