Rusiyada koronavirusa 23 mindən çox yeni yoluxma halı qeydə alınıb

Rusiyada ötən sukta koronavirusa 23 280 yoluxma halı qeydə
alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 17 762 742 nəfərə çatıb.

Son sutka koronavirusdan 338 nəfər ölüb, 47 540 nəfər isə
sağalıb.

Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 367 351 nəfər,
sağalanların sayı isə 16 654 231 nəfər təşkil edib.