Ukrayna XİN Rusiyanın qondarma “DXR” və “LXR”-i tanımasına münasibət bildirib

Ukrayna Rusiyanın qondarma “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) tanıması qərarını pisləyir və
beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt sanksiyalar tətbiq
etməyə çağırır.

Trend-in
məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin
bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiyanın bu qərarının heç bir hüquqi nəticəsi
olmayacaq.


“Bu qərar vəziyyətin eskalasiyasi riskini kəskin artırır və
Rusiyanın birtərəfli qaydada Minsk razılaşmalarındaN çıxmasını
ifadə edir”, – bəyanatda deyilir.

Bəyanatda, həmçinin bildirilir ki, Ukrayna prezidenti Volodimir
Zelenskinin tapşırığı ilə Ukrayna diplomatiyası silahlı münaqişənin
qarşısının alınması üçün bütün diplomatik səylərini işə salıb,
xarici işlər naziri Dmitro Kuleba diplomatik səylərin
əlaqələndirilməsi, beynəlxalq təşkilatların iclaslarının,
sammitlərin təşkil olunması, hərbi yardımın cəlb olunması və
Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi məqsədilə həmkarları ilə
daimi təmasdadır.