Ötən il qəzalar nəticəsində yollara 700 min manatdan çox ziyan dəyib

Xəbər - Samir Əli – Trend:

2021-ci il ərzində Bakı şəhərində və Respublikanın ümumi
istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə
ziyan dəyməsi ilə nəticələnə 618 yol-nəqliyyat hadisəsi baş
verib.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat
konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov deyib.

O bildirib ki, bunun nəticəsində 7 803 pm əyrixətli tirlər, 118
pm beton bardür, 129,4 m2 tamet bəzək daşı103 m2 asfalt-beton
örtük, 208 pm mühafizə çəpərləri, 25 işıq dirəyi, 25 ədəd yol
nişanı, 7 ədəd məlumat lövhəsi, 3 ədəd sərnişin dayanacağı, 18 ədəd
səsboğucu lövhə, 1 ədəd hidravlik baryer və mühərriki, 164 m2
alkapon üzlük və 32,5 pm körpü məhəccəri yararsız hala düşüb.


“Ümumilikdə yol təsərrüfatına 725,8 min manat məbləğində maddi
ziyan dəymiş, bundan 524,8 min manatı (72,3 %) ödənilmişdir. Dəymiş
ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, səbəkarları məlum
olan və sığortaları olan yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq
sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə
bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə
məhkəmələrə müraciət olunmuş, 69 yol nəqliyyat hadisəsi törətmiş
səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması
məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub”,- deyə
S. Məmmədov deyib.

Teqlər: