Azərbaycanda bölgələr sahibkarlığın rəqəmsallaşmasının inkişafında irəliləyişə nail olub – Ekspert

Azərbaycanda bölgələr sahibkarlığın rəqəmsallaşmasının inkişafı
sahəsində irəliləyişə nail olub.

Trend-in
məlumatına görə, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(İƏİT) eksperti Patrik Prujinski “Daha əlverişli KOB mühitinin
yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan
Hökumətinə dəstək” konfransında deyib.

Onun sözlərinə görə, İƏİT Azərbaycanla kiçik və orta biznesin
inkişafı sahəsində əməkdaşlıqda ölkəni rəqəmsallaşmanın
güclənməsində dəstəkləyib.

“Əvvəllər Azərbaycanda rəqəmsallaşma yavaş templə inkişaf
edirdi. Bu gün isə ölkədə sahibkarlıq subyektləri onlayn mühitdə
mövcudluğunu artırıb”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, İƏİT ekspertləri biznesin onlayn
xidmətlərdən istifadəsinin artımını qeydə alır.


“Azərbaycanda sahibkarlığın rəəqmsallaşmasının inkişafının
qarşısında duran başlıca əngəl rəqəmsal xidmətlərin tətbiqi
təcrübəsinin azlığıdır. Bu sahədə görürük ki, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi bölgələrdə sahibkarlığın inkişafına
xidmət edən xüsusiləşdirilmiş mərkəzlər yaradır”, – P.Prujinski
deyib.

Ekspert əlavə edib ki, Azərbaycanın 2030-cu ilədək inkişaf
strategiyasına uyğun olaraq sahibkarlığın rəqəmsallaşmasını inkişaf
etdirmək planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)