Makron bildirib ki, Zelenski ondan Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, cümə axşamı
Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Rusiya
prezidenti Vladimir Putinə zəng edib.

Trend TASS-a istinadən xəbər verir ki, ukraynalı həmkarı ondan
Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib.

“Prezident Zelenskinin xahişi ilə mən prezident Putinlə tez,
birbaşa, açıq söhbət etdim, ilk növbədə ondan döyüşləri mümkün
qədər tez dayandırmağı və xüsusən də ondan prezident Zelenski ilə
danışmasını xahiş etdim”, – E. Makron bildirib.

Fransa prezidentinin sözlərinə görə, o bu ismarıcı Ukrayna
prezidenti adından çatdırıb.

Teqlər: