Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırıb

Ukrayna Rusiya ilə diplomatik münasibətləri dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski
çıxışı zamanı deyib.

“Biz Rusiya ilə diplomatik münasibətləri dayandırdıq. Ukrayna
müdafiə olunur və Moskvada nə fikirləşmələrindən asılı olmayaraq öz
azadlığını verməyəcək”, – deyə o bildirib.

Ukrayna prezidenti əlavə edib ki, dövlət ölkəni müdafiə etmək
iqtidarında olan bütün vətəndaşlara silah verəcək.

“Hərbi təcrübəsi olan və Ukraynanın müdafiəsinə qoşula bilən hər
kəs müvafiq komplektasiya mərkəzlərinə yaxınlaşmalıdır”, –
V.Zelenski deyib.