Ukrayna Avropaya inteqrasiya məsələsində Almaniyanın dəstəyinə arxalanır – baş nazir

Ukrayna Avropaya inteqrasiya məsələsində Almaniyanın dəstəyinə
ümid edir.

Trend “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın baş
naziri Denis Şmıqal Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf
naziri Svenya Şulze ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqının üzvü qismində
Avropanın iqtisadi inkişafına mühüm töhfə verəcək.

“Bu ərzaq təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, yeni
perspektivli bazar, yeni investisiya imkanları və artan kollektiv
təhlükəsizlik sahələrini əhatə edir”, – baş nazir qeyd edib.