“Apple”-in Çində yerləşən zavodunda son ayda üçüncü qiyam baş verib

Şanxayda “Apple” şirkətinin podratçılarından biri olan “Quanta
Computer”-in istehsal sahəsində bir ayda üçüncü qiyam baş
verib.

Trend “Bloomberg”-ə istinadla xəbər verir ki, işçilər uzun sürən karantin
səbəbindən ilk tələbat vasitələrinin tükənməsindən
narahatdırlar.

Çində növbəti COVID-19 dalğası səbəbindən Quanta Kompüter
zavodunda Aprelin əvvəlindən iş şəraiti daha da sərtləşib. İşçilərə
fabrik ərazisini tərk etmək qadağan edilib, onlar iş yerlərinə
yaxın ərazidə yaşamağa məcbur edilir.

Xatırladaq ki, martın 28-də yerli hakimiyyət orqanları
COVID-19-un yayılması səbəbindən Şanxayda son iki ildə ən sərt
karantin rejimi tətbiq edib.