ABŞ raket buraxılışı səbəbi ilə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib

ABŞ kütləvi qırğın silahları və ballistik raketlər üzrı
fəaliyyətinə görə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq
edib.

Trend cəbər
verir ki, barədə South China Morning Post nəşri yazır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, iki bank, bir ticarət
şirkəti və bir fiziki şəxs Şimali Koreyanın silahların inkişaf
etdirilməsi proqramlarını dəstəklədikləri üçün sanksiyaya məruz
qalıb.

ABŞ sanksiyaları Çin və Rusiyanın BMT Təhlükəsizlik Şurasının
Pxenyana qarşı sanksiyalar tətbiq edən qətnaməsinə veto qoymasından
sonra tətbiq edilib.

İlin əvvəlindən Şimali Koreya 23 ballistik raket atıb, o
cümlədən altı qitələrarası ballistik raket,. Bu da BMT
Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozluması
deməkdir.