Ukrayna 11 milyard dollarlıq beynəlxalq yardım almaq üçün danışıqlar aparır

Ukrayna 11 milyard dollarlıq beynəlxalq yardımla bağlı
danışıqlar aparır, onun 5 milyard dollarını artıq alıb.

Trend “UNİAN”-a
istinadla xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri
Sergey Marçenko cümə günü keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda büdcə gəlirləri Ukraynanın
xərclərinin cəmi 54%-ni təmin edir ki, bura da hərbi xərclər daxil
deyil.

“Ona görə də əsas xərclər beynəlxalq yardımlar, beynəlxalq
borcalmalar hesabına təmin edilir. Vaxtımızın 90%-ni buna sərf
edirik”, – Marçenko bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün əsas tərəfdaş qismində ABŞ,
Kanada, Böyük Britaniya və Avropa İttifaqı çıxış edir.