ABŞ-da Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədrinin malikanəsi müsadirə edilir

ABŞ Ədliyyə Nazirliyi Ermənistan Dövlət Gəlirləri Komitəsinin
keçmiş sədri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsinin
müsadirə edilməsi prosesinə başlayıb.

Trend nazirliyə
istinadla xəbər verir ki, müsadirə ilə bağlı iddiada malikanənin
erməni biznesmenlərdən birinin həmin vaxt Ermənistanda yüksək
dövlət postunu tutan Qaqik Xaçatryanın ailəsinə rüşvət kismində
verilən vəsait hesabına alındığı bildirilir.

Kaliforniya Federal Dairə Məhkəməsində qaldırılan iddiada
Birləşmiş Ştatlar iddia edir ki, biznesmen Sedrak Arustamyanın
biznesinə “loyal” münasibət müqabiıində Qaqik Xaçatryana və onun
ailəsinə 20 milyon dollar rüşvət verib.

Bu məbləğ Holmby Hills ərazisində malikanə almaq üçün istifadə
edilib. Bu malikanənin bu yaxınlarda 63 milyon 500 min dollara
satışa çıxarıldığı bildirilir. Ermənistanda Qaqik Xaçatryan və
oğulları rüşvət almaqda, Sedrak Arustamyan isə rüşvət verməkdə
ittiham olunur.