BMT Təhlükəsizlik Şurası ilk dəfə olaraq Ukraynakı vəziyyət ilə bağlı bəyanat qəbul edib

BMT Təhlükəsizlik Şurası cümə günü keçirdiyi iclasda Ukrayndakı
böhran ilə bağlı ilk dəfə olaraq bəyanat qəbul edib.

Trend xəbər
verir ki, bəyanatda Ukraynada sülhün və təhlükəsizliyin qorunması
ilə bağlı dərin narahatlıq ifadə edilir.

Bundan əlavə, sənəddə BMT-nin baş katibi Antonio Quterreşin
Ukrayna böhranının həlli istiqamətində səylərinə dəstək ifadə
olunub.

“Təhlükəsizlik Şurası münaqişənin sülh yolu ilə həllində baş
katibin səylərinə güclü dəstəyini ifadə edir”, bəyanatda
deyilir.

Teqlər: