“Twitter” tvitlərin redaktə edilməsi funksiyası üzərində işləyir

“Twitter Inc” artıq sosial şəbəkədə paylaşılan tvitlərin redaktə
etmək üzərində işləyir və tezliklə sınaqdan keçirməyə başlamağı
planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu şirkətin istehlak məhsullarına
cavabdeh olan Cey Sallivan özünün “Twitter” səhifəsində yazıb.

“Biz keçən ildən bəri tvitlərin redaktə funksiyasını təhlükəsiz
şəkildə işə salmağa çalışırıq və yaxın aylarda @TwitterBlue Labs-da
onu sınaqdan keçirməyi planlaşdırırıq”, – deyə C.Sallivan
bildirib.