Benzema bir mövsümdə vurulan qollara görə şəxsi rekordunu yeniləyib

“Real” (Madrid) hücumçusu Kərim Benzema karyerasında ilk dəfə
bir mövsümdə 40-dan çox qol vurub.

AzerTimes-ın məlumatına görə, ötən gün UEFA Çempionlar Liqasının 1/4
final mərhələsi çərçivəsində keçirilən “Çelsi” – “Real”
qarşılaşmasında K.Benzema het-trik edib. Oyun kral klubunun 3:1
hesablı qələbəsi ilə yekunlaşıb.

Ötən gün vurduğu üç qolla K.Benzema cari mövsümdə vurduğu
qolların sayını 42-yə çatdırıb. Fransalı hücuçu “Real”ın heyətində
47 qol, Fransa yığması heyətində isə 5 qol vurub.

Teqlər: