“Twitter” ödənişli ola bilər

“Twitter” sosial şəbəkəsi təşkilatlar və dövlət qurumları üçün
ödənişli ola bilər.

Trend xəbər
verir ki, bu barədə şirkəti satın alan sahibkar İlon Mask adı
çəkilən sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Twitter adi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin
kommersiya və ya dövlət istifadəçiləri üçün kiçik ödəniş tələb
edilə bilər”, – Mask yazıb.

Xatırladaq ki, aprelin 25-də “Twitter “rəhbərliyi amerikalı
sahibkar İlon Maskın şirkəti 44 milyard dollara alacağını
açıqlayıb. Sövdələşmənin yekun bağlanma tarixi 24 oktyabr 2022-ci
il tarixinə təyin edilib. Bu tarixə qədər hər-hansı tərəf
sövdələşmədən imtina edəcəyi təqdirdə, bir milyard dollar
məbləğində cərimə ödəməli olacaq.