“Liverpul”un ulduzu Salah Çempionlar Liqasının finalında “Real”la qarşılaşmaq istədiyini bildirib

UEFA Çempionlar Liqasının finalında “Real Madrid”lə
qarşılaşmağımızı istəyirəm.

Trend xəbər
verir ki, bunu “Liverpul”un Misirli futbolçusu Mohammed Salah
bildirib.

O, qeyd edib ki, “Real” bu turnirin finalında artıq bir dəfə “Liverpula” qalib gəlib.

“Gəlin yenidən qarşılaşaq. Bu gün bizim soyunub-geyinmə
otağımızda hamı sevinclidir. Bu gün biz bayram edirik, lakin artıq
sabah biz toparlanacağıq”, – M. Salah bildirib.

Xatırladaq ki, UEFA Çempionlar Liqası 2017/18 mövsümündə Kiyevdə
baş tutmuş final qarşılaşmasında “Real Madrid” “Liverpulu” 3:1
hesabı ilə məğlub etmişdir. Həmin görüşdə Mohammed Salah
zədələnərək vaxtından əvvəl meydanı tərk etmişdir.

Qeyd edək ki, “mersisaydlılar” bu gün Çempionlar Liqasının
ikinci yarımfinal görüşü çərçivəsində İspaniyanın “Vilyarreal”
klubunu 3:2 hesabı ilə üstələyərək finala vəsiqə qazanıblar.

Teqlər: