Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırılmalıdır – Stoltenberq

Türkiyə bizim dəyərli müttəfiqimizdir və onun təhlükəsizliklə
bağlı narahatlıqları hər hansı narahatlıqları aradan
qaldırılmaıdır.

Trend xəbər
verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq öz rəsmi “Twitter” səhifəsində yazıb.

Baş katib paylaşımında Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlu ilə Finlandiya və İsveçin alyansa üzvlüyü barədə müzakirə
apardığını bildirib.

“Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə yaxın tərəfdaşlarımız
olan Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etmək
qərarları haqqında danışdıq. Türkiyə bizim dəyərli müttəfiqimizdir
və onun hər hansı bir təhlükəsizliklə bağlı narahatlığı həll
edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, –
Y.Stoltenberq qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip
Ərdoğan rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına
razı olmayacağını bəyan etmişdir.