Türkiyə ordusu Suriyanın şimalında 10 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında on YPG yaraqlısını
zərərsizləşdirib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.

Qeyd olunur ki, silahlılar “Sülh bulağı” və “Zeytun budağı”
əməliyyatlarının keçirildiyi ərazilərdə terror aktları
hazırlayıblar.

Qurum bildirir ki, Türkiyə Silahlı Qüvvələri bölgədəki
təhdidləri aradan qaldırmağa davam edəcəklər.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə
minlərlər Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs
öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.