Türkiyədə şagirdləri aparan avtobus yük maşını ilə toqquşub, 11 nəfər yaralanıb

Türkiyənin Mərsin vilayətində şagirdləri aparan avtobus yük
maşını ilə toqquşub.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 9-u şagird olmaqla 11 nəfər
xəsarət alıb.

Qəza yerinə çoxlu sayda tibbi yardım maşını cəlb edilib. Yol
müvəqqəti olaraq hərəkət üçün bağlanıb.

Qeyd olunur ki, yaralılardan bir şagird və avtobus sürücüsünün
vəziyyəti ağırdır.