Bərdədə oğul atasını güllələyərək qətlə yetirdi

Bərdə rayonunda oğul atasını güllələyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bərdə
Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli
kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil
olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən
müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan
Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin
həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq
istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə
etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Teqlər: