Türkiyədə ötən sutka koronavirusa 900-dən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 3
nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 123 536 nəfər test edilib, 922 yeni yoluxma
halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 1 105 nəfər sağalıb.