Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin
(ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını
və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da
vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri
saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan AzerTimes-a verilən məlumata görə, bir qrup gəncin
özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat
nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə
kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına
təhlükə yaratdığı məlum olub.

Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl
də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.Bundan
başqa onların arasında Vətən Müharibəsi qazilərinin olması isə
təssüf doğuran haldır.

Teqlər: