Britaniya “meymun çiçəyi” xəstəliyinə yoluxma hallarının sayı artıb

Böyük Britaniyada “meymun çiçəyi” xəstəliyinə təsdiqlənmiş
yoluxma hallarının sayı 56-ya yüksəlib.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə
Sahəsində Təhlükəsizlik Agentliyinin saytında deyilir.

Məlumata əsasən, mayın 21-i üçün ölkədə 20 yoluxma halı qeydə
alınmışdı. Son 2 gün ərzində daha 36 yoluxma halı aşkarlanıb.

Agentlik xəstəliyin daşıyıcıları ilə təmasda olan insanlara 21
gün ərzində özünü təcrid etməyi tövsiyə edib. Xəstəliyin
daşıyıcıları ilə sıx təmasda olanlara, o cümlədən onları müalicə
edən tibb işçilərinə su çiçəyi xəstəliyinə qarşı “Imvanex” peyvəndi
ilə peyvənd olunmaq da təklif olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, su çiçəyi
xəstəliyinə qarşı peyvənd “meymun çiçəyi” xəstəliyinə qarşı 85%
effektivdir. Dhaha əvvəl peyvənd olunmuş insanlarda xəstəlik daha
yüngül keçir.