Türkiyədə ötən sutka koronavirusa 4,5 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
19 nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 164 493 nəfər test edilib, 4 542 yeni yoluxma
halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 624 nəfər
sağalıb.