İsrail ordusu Qəzza zoldağındakı hədəflərə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağındakı hədəfləri vuraraq
silah istehsalı üzrə zavodu məhv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrail ordu sosial şəbəkədə
bildirib.

“Qəzzadan İsrailə atılan raketlərə cavab olaraq, biz indicə
Qəzzada silah istehsal edən obyektə zərbə endirdik”, – deyə qeyd
olunub.

Qeyd edək ki, bundan əvvəl Qəzza zolağından İsrailin cənubuna
raketlər atılıb.

İsrail ordusu Qəzzadan atılan raketlərdən biri “Dəmir Qübbə”
raketdən müdafiə sistemi tərəfindən dəf edildiyini bildirib.