Türkiyədə ötən sutka koronavirusa 10 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
41 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 220 536 nəfər test edilib, 10 314 yeni
yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 14 332 nəfər
sağalıb.